
ABŞ-də təşkil olunan FIFA Klublararası Dünya Çempionatının qrup mərhələsində bu gün I turun son 4 qarşılaşması keçiriləcək.
Sportnet.az xəbər verir ki, günün ilk oyunu G qrupunda İngiltərənin "Mançester Siti" və Mərakeşin "Vidad” komandaları arasında baş tutacaq.
Filadelfiyadakı “Linkoln Faynenşel Fild” stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Günün maraqla gözlənilən matçı isə H qrupunda İspaniya “Real Madrid”i ilə Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu arasında keçiriləcək.
Bakı vaxtı ilə saat 23:00-da start götürəcək qarşılaşma Mayamidəki “Hard Rok” stadionunda oynanılacaq.
Dünya çempionatı
G qrupu
20:00. "Mançester Siti" (İngiltərə) - "Vidad” (Mərakeş)
05:00. "Əl-Ayn" (BƏƏ) - "Yuventus" (Italiya)
H qrupu
23:00. “Real Madrid”( İspaniya) – “Əl-Hilal” (Səudiyyə Ərəbistan)
02:00. "Paçuka" (Meksika) - "Zaltsburq" (Avstriya)