
UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Qazaxıstanın "Astana" və Moldovanın "Zimbru" komandaları arasında keçirilməli olan oyunların yeri dəyişdirilib.
Sportnet.az xəbər verir ki, bu barədə "Astana"nın rəsmi saytı məlumat yayıb.
İlk qarşılaşma iyulun 24-də Kişineuda, cavab görüşü iyulun 31-də Astanada nəzərdə tutulmuşdu. Lakin Cennifer Lopesin avqustun 1-də "Astana Arena"da keçirilməsi planlaşdırılan konsertinə hazırlıq səbəbindən avrokubok oyununun avqustun sonunda Qazaxıstanda təşkili sual altında idi.
Danışıqlardan sonra klublar ev oyunlarının vaxtının dəyişdirilməsinə dair razılığa gəliblər. Öz növbəsində, UEFA bu istəyi müsbət cavablandırıb və ilk oyunu iyulun 24-də Astanaya, cavab görüşünü iyulun 31-də Kişineuya təyin edib.