
Futbol üzrə Klublararası Dünya Çempionatının A qrupunda Portuqaliyanın “Portu” və Misirin “Əl-Əhli” komandalarının qarşılaşdığı 3-cü turun oyunu başa çatıb.
Sportnet.az xəbər verir ki, komandalar MetLife Stadionunda qarşılaşıblar. Görüş 4:4 hesabı ilə yekunlaşıb.
"Portu" 89-cu dəqiqədə müdafiəçi Pepenin qolu sayəsində məğlubiyyətdən xilas olub.
Bu görüşdən sonra “Porto” və “Əl Əhli” A qrupunda iki xal qazanaraq müvafiq olaraq üçüncü və dördüncü yerləri bölüşüblər.