
Fransanın PSJ klubunun qapıçısı Matvey Safonov karyerasını başqa çempionatda davam etdirə bilər.
Sportnet.az xəbər verir ki, bu barədə məşhur jurnalist Ertem Şener məlumat yayıb.
Mənbənin məlumatına görə, rusiyalı futbolçu ilə İngiltərənin "Bornmut" və Türkiyənin “Qalatasaray" komandaları maraqlanır.
Bu klubların 26 yaşlı qolkiperi icarəyə götürməyi, yoxsa transfer etməyi planlaşdırdığı açıqlanmır.
Safonovun Paris təmsilçisi ilə müqaviləsi 2029-cu ilin yayına qədərdir. O, Rusiya milli komandasının üzvüdür.
Qeyd edək ki, Matvey Safonov 2024-cü ilin yayından PSJ-nin şərəfini qoruyur. O, son mövsüm ərzində 17 oyunda iştirak edib.