
MLS Oyunçuları Assosiasiyası 2025-ci ilin mayındakı vəziyyətə əsasən futbolçuların əmək haqlarını açıqlayıb.
Sportnet.az xəbər verir ki, ABŞ-ın "İnter Mayami" klubunun futbolçusu Lionel Messi ardıcıl ikinci il Liqanın ən yüksək ödənişli oyunçusu sayılıb.
38 yaşlı hücumçunun baza maaşı 12 milyon dollardır. Təminatlı bonuslarla birlikdə isə argentinalı forvardın əmək haqqı 20,4 milyon dollarla qiymətləndirilir. O, hər iki göstəricidə liderdir.
MLS-ın ən yüksək ödənişli oyunçularının ilk "10-luğ"u (milyon dollarla):
1. Lionel Messi ("İnter Mayami") – 20,4
2. Lorentso İnsinye ("Toronto") – 15,4
3. Serxio Buskets ("İnter Mayami") – 8,8
4. Migel Almiron ("Atlanta Yunayted") – 7,9
5. İrvin Losano ("San Dieqo") – 7,6
6. Federiko Bernardeski ("Toronto") – 6,3
7. Emil Forsberq ("Nyu York Red Bullz") – 6,03
8. Jordi Alba ("İnter Mayami") – 6
9. Riki Puç ("Los Anceles Qelaksi") – 5,8
10. Jonatan Bamba ("Çikaqo Fayr") – 5,6.
Qeyd edək ki, Lionel Messi "İnter Mayami"də 2023-cü ildən forma geyinir. Ötən mövsüm o, bütün turnirlər üzrə 20 oyunda 15 qol vurub və 6 məhsuldar ötürmə edib.