
İngiltərənin “Mançester Siti” komandası klublararası dünya çempionatının qrup mərhələsinin III turunda İtaliya “Yuventus”unu 5:2 hesabı ilə məğlub edib.
Sportnet.az xəbər verir ki, ABŞ-də keçirilən yarışda “şəhərlilər”in qollarını Jeremi Doku (9-cu dəqiqə), Erlinq Holann (52), Fil Foden (69) və Savinyo (75) vurublar.
26-cı dəqiqədə Turin təmsilçisinin oyunçusu Pyer Kalyulyu topu öz qapısına göndərib. “Qoca sinyora”dan isə Teun Kopmeyners (11) və Duşan Vlaxoviç (84) fərqləniblər.
G qrupunun digər matçında BƏƏ-nin “Əl-Ayn” komandası Mərakeşin “Vidad” komandasını 2:1 hesabı ilə məğlub edib.
“Mançester Siti” 9 xalla qrupda birinci yeri tutub. “Yuventus” 6 xal toplayaraq ikinci yerdən pley-offa çıxıb. “Əl-Ayn” üçüncü yeri (3 xal), “Vidad” isə sonuncu yeri (0) tutub.
Klublararası dünya çempionatı iyulun 13-də başa çatacaq. 1/8 final görüşləri iyunun 28-dən iyulun 1-dək keçiriləcək.