
İspaniyanın "Real Madrid" klubunun futbolçusu Vinisius Junior komandasını dəyişmək istəmir.
Sportnet.az xəbər verir ki, braziliyalı hücumçu AS nəşrinə açıqlamasında uzun illər "kral klubu"nun şərəfini qorumaq istəyində olduğunu söyləyib.
"Müqaviləmin müddəti 2027-ci ilin yayında başa çatır, amma daha uzun illər burada qalacağam. Bu, mənim həyatımın klubudur", - deyə 24 yaşlı oyunçu bildirib.
Junior öz çıxışı və yeni baş məşqçi Xabi Alonso barədə də danışıb: "Onun rəhbərliyi altında iki çox yaxşı həftə keçirdik. Alonso ilə daha inamlı və daha sürətli hərəkət etməyə çalışıram. Mərkəzə bir az daha yaxın, daha yığcam oynayıram. İndi pressinq, müdafiə və hücumumuz fərqlidir. Mərkəz hücumçusu mövqeyində Karlo Ançelottinin rəhbərliyi altında da çıxış etmişəm. O zaman sonuncu dəfə UEFA Çempionlar Liqasını qazanmışdıq. Amma indi yenidən buna uyğunlaşmaq mənim üçün bir az çətindir".
Qeyd edək ki, Vinisius Junior 2018-ci ilin yayından "Real Madrid"in şərəfini qoruyur.