
Portuqaliyanın “Benfika” klubu Argentina millisinin futbolçusu Nikolas Otamendi ilə yeni müqavilə imzalayıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 37 yaşlı müdafiəçi müqaviləsini 2026-cı ilə qədər uzadıb.
Geridə qalan mövsümdə Otamendi Lissabon təmsilçisinin heyətində 53 oyuna çıxıb və 8 qolla yadda qalıb.
Qeyd edək ki, 2022-ci ildə Argentina millisi ilə dünya çempionu olan Nikolas Otamendi karyerası ərzində “Veles”, “Portu”, “Atletiko Mineyro”, “Valensiya” və “Mançester Siti” kimi klublarda da çıxış edib. O, 2020-ci ildə “Benfika”ya transfer olunub.