
"Barselona" "Atletik"in futbolçusu Niko Uilyamsla əlaqəni tam kəsib.
QOL.az xəbər verir ki, bu barədə RAC1 nəşri məlumat yayıb.
22 yaşlı vinger daha öncə Kataloniya təmsilçisi ilə razılaşmışdı. İspaniyalı oyunçu və agentləri "Barselona"dan qeydiyyatla bağlı problemlərin olmayacağına kağızda göstərilmiş zəmanət istəyirdi. Lakin klub bunu təqdim etməkdən imtina edib.
Bildirilir ki, "Barselona" Uilyamsın "Atletik"lə yeni müqavilə imzalamasını sosial şəbəkələrdən öyrənib və o özü heç nə bildirməyib. Bu səbəbdən də onun heç vaxt Kataloniya oynamayacağı bildirilir.
Qeyd edək ki, Niko Uilyams bu gün "Atletik"lə 2035-ci ilə qədər müqavilə imzalayıb.