
"İmişli" komandası heyətinə yeni futbolçu cəlb edib.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, hücumçu İbrahim Əliyevlə yenidən müqavilə bağlanılıb.
Sözləşmənin müddəti 1 illikdir.
Əliyev bir müddət əvvəl də bu komandada forma geyinib.