
“Real Madrid” bir mövsümdə oynadığı matçların sayına görə İspaniya klubları arasında yeni rekorda imza atıb.
Sportnet.az xəbər verir ki, “kral klubu” buna FIFA Klublararası Dünya Çempionatının 1/4 final mərhələsində Almaniyanın “Borussiya Dortmund” klubunu 3:2 hesabı ilə məğlub etdiyi matçda nail olub.
Bu, “Real Madrid” üçün 2024/2025 mövsümündə 67-ci qarşılaşma olub. Belə bir göstərici İspaniya klubları tarixində rekord sayılır və turnir davam etdiyi üçün yenilənəcəyi gözlənilir.
Xatırladaq ki, əvvəlki rekord da 2001/2002 mövsümündə 66 oyun keçirən “Real Madrid”ə məxsus olub. 1999/2000 mövsümündə madridlilər 65 oyun keçirib. “Atletiko Madrid” 2009/2010, “Barselona” isə 2011/2012 mövsümündə hərəyə 64 matça çıxıb.
Qeyd edək ki, “Real Madrid”in yarımfinaldakı rəqibi Fransanın PSJ klubu olacaq.