
Belarus I Liqasında XV turun "Minsk-2" və "Baranoviçi-2" komandaları arasındakı oyun kütləvi dava ilə yekunlaşıb.
Sportnet.az xəbər verir ki, final fitinin ardından komandalar meydanda dalaşmağa başlayıblar.
Nəticədə komandaların hərəyə 2 futbolçusu qırmızı vərəqə alıb. Lakin rəqibi qeyri-etik jestlə təxribata çəkərək, münaqişəyə səbəb olan "Minsk-2"nin oyunçusu Vladislav Qançuka sarı vərəqə də göstərilməyib.
Qeyd edək ki, oyun paytaxt təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:1.