
"Turan Tovuz" klubu növbəti futbolçu transferini həyata keçirib.
Sportnet.az Tovuz təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi Robert Olabe ilə 2 illik müqavilə imzalanıb.
2018-ci ildə Madrid “Atletiko”sunun heyətində UEFA Super Kubokunu başı üzərinə qaldırmış Olabe “Eybar”, “Alkorkon”, “Albasete”, “Deportivo”, “Estremadura”, “İbiza” klublarının formasını geyinib.
29 yaşlı futbolçu bir mövsüm Portuqaliyada legioner həyatı yaşayıb. O, “Tondela”nın heyətində 17 oyunda meydana çıxıb.