
"Kəpəz" klubu futbolçusu Ehtiram Şahverdiyevlə müqaviləni yeniləyib.
Sportnet.az Gəncə təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, son iki mövsümdə "Kəpəz"də çıxış etmiş sağ cinah yarımmüdafiəçisi ilə bir illik anlaşma imzalanıb.
Şahverdiyev son çempionatda 35 oyun keçirib. O, 2023/2024 mövsümündə isə 31 matça çıxaraq 2 qol vurub.