
"İmişli" klubu futbolçusu Dioqo Vaskes Rollo ilə yeni müqavilə imzalayıb.
Sportnet.az əyalət təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, braziliyalı mərkəz müdafiəçisi ilə sözləşmə daha 2 il müddətinə uzadılıb.
Hazırda 24 yaşında olan stopper "İmişli"yə 2024-cü ilin avqustunda keçib.