
Braziliyanın “Atletiko Mineyro” klubunun futbolçusu Halk baxımlı qola imza atıb.
Sportnet.az xəbər verir ki, 39 yaşlı hücumçu Braziliya çempionatının 13-cü turunda səfərdə “Baiya” klubuna 1:2 hesabı ilə məğlub olduqları oyunda fərqlənib.
O, 90+1-ci dəqiqədə künc zərbəsindən topu birbaşa qapıya göndərib.
Qeyd edək ki, Halk 2021-ci ildən “Atletiko Mineyro”da çıxış edir. O, cari mövsüm ərzində meydana çıxdığı 27 oyunda 12 qol və 3 məhsuldar ötürmə müəllifi olub.