
İspaniyanın "Real Madrid" klubundan ayrılan Luka Modriçin yeni komandası müəyyənləşib.
Sportnet.az xəbər verir ki, xorvatiyalı futbolçu İtaliya "Milan"ına keçib.
Bu barədə eyniadlı şəhərin rəsmi səhifəsi məlumat yayıb.
40 yaşlı yarımmüdafiəçi ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, Luka Modriç 2012-ci ildən "Real Madrid"də çıxış edirdi. O, 28 kubokla "kral klubu" tarixinin ən titullu futbolçusudur.