
"Atletiko Paranaense"nin heyətində Braziliya çempionu olmuş futbolçu Flavio prostat xərçəngindən ölüb.
Sportnet.az "O Globo"ya istinadən xəbər verir ki, 54 yaşlı sabiq qapıçı 2024-cü ildən mübarizə apardığı xəstəliyə təslim olub.
CSA klubu ötən il ona gənclərdən ibarət komandasında qapıçılarla işləyən məşqçi vəzifəsini təklif edib. Flavio itirdiyi 40 kq çəkini bərpa edərək, səhhətində də irəliləyişə nail olub.
Lakin xərçəng metastaz verib və son aylar onun səhhəti ciddi pisləşib.