
"Neftçi" yeni keçidini açıqlayıb.
Sportnet.az klubun rəsmi səhifəsinə istinadən xəbər verir ki, "ağ-qaralar" Freddi Varqası heyətinə qatıb.
Paytaxt təmsilçisi 26 yaşlı cinah oyunçusunu İsrailin "Makkabi Netaniya" klubundan bir illik icarəyə götürüb.
Qeyd edək ki, Freddi Varqas Venesuela yığmasının heyətində üç oyunda iştirak edib.