
“Neftçi” təlim-məşq toplanışının ikinci mərhələsinə başlayıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu gün səhər saatlarında Polşaya yola düşən "ağ-qaralar" Keltse şəhərində axşam məşqinə çıxıblar.
“Binkovski Hotel”də məskunlaşan kollektiv burada 4 yoxlama oyunu keçirəcək.
"Neftçi" iyulun 17-də “Hapoel Təl-Əviv” (İsrail), iyulun 22-də “Termalitsa Nyeçetşa” (Polşa), iyulun 27-də “Asteras Tripolis” (Yunanıstan) və avqustun 1-də AEL (Kipr) klubu ilə qarşılaşacaq.
Qeyd edək ki, toplanışın ikinci mərhələsi avqustun 2-dək davam edəcək.