
Növbəti mövsüm Azərbaycan Premyer Liqasında mübarizə aparacaq "Karvan" komandasının baş məşqçisi müəyyənləşib.
Sportnet.az xəbər verir ki, bu barədə Yevlax təmsilçisinin rəsmi səhifəsi məlumat yayıb.
Komandaya Azər Həşimov rəhbərlik edəcək. Onun köməkçisi Zaur Hacıyev, qapıçılar üzrə məşqçi isə Hüseyn Məmmədov olacaq.
Qeyd edək ki, "Karvan" ötən mövsüm Azərbaycan I Liqasını üçüncü pillədə bitirib.