
İtaliyanın "Latsio" klubunun azarkeşləri rəhbərliyə etiraz ediblər.
Sportnet.az “Corriere della Sera”ya istinadən xəbər verir ki, "qartallar"ın tərəfdarları paytaxt Romada klubun prezidenti Klaudio Lotitoya qarşı etiraz yürüşü keçiriblər.
Təşkilatçıların sözlərinə görə, aksiyada 8 minə yaxın insan iştirak edib. Əsas bannerdə “Onu bura siyasət gətirdi, siyasət də onu aparmalıdır" yazılıb.
Həmçinin bildirilir ki, aksiya zamanı “Latsio” azarkeşlərindən ibarət nümayəndə heyəti Romanın tədbirlər, idman, turizm və moda üzrə müşaviri Alessandro Onorato ilə görüşüb. İclasda klubun yenidən qurulmasında maraqlı olduğu “Flaminio” stadionu ətrafında yaranmış vəziyyət müzakirə olunub.
Qeyd edək ki, Klaudio Lotito 2004-cü ildən "Latsio"nun prezidentidir. O, həmçinin İtaliyanın Senatorudur.