
Elit və I kateqoriyalı hakimlər üçün VAR təkmilləşdirmə kursları keçirilir.
Sportnet.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Azərbaycan Premyer Liqası və Azərbaycan Kubokunun 2025/2026-cı illər mövsümünə hazırlıq çərçivəsində VAR Mərkəzində təşkil olunan kurslara VAR təlimatçısı Kristof Dierik rəhbərlik edir.
Kurslar iyulun 22-dək davam edəcək.