
ABŞ MLS-nin müntəzəmmövsümünün növbəti turunda "İnter Mayami" səfərdə "Nyu York Red Bullz"u 5:1 hesabı ilə darmadağın edib.
Sportnet.az xəbər verir ki, "Red Bull Arena"da təşkil olunan görüşdə qonaqların ulduz futbolçusu Lionel Messi dubla imza atıb.
Argentinalı hücumçu 60 və 75-ci dəqiqələrdə fərqlənib.
Bu qollar Messinin karyerasında penaltilər istisna olmaqla 763-cü və 764-cü olub. O, bu göstəricidə hazırda Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda çıxış edən Kriştianu Ronaldunu (763) qabaqlayıb.