
İspaniyanın "Real Madrid" klubu dörd futbolçusu ilə yollarını ayıracaq.
Sportnet.az "Don Balon"a istinadən xəbər verir ki, "kral klubu"nun baş məşqçisi Xabi Alonso rəhbərlikdən müdafiəçi Fran Qarsiya ilə yarımmüdafiəçilər Brahim Dias, Dani Sebalyos və Rodriqo Qoeşin satılmasını istəyib.
44 yaşlı mütəxəssis dörd oyunçunun heç birini öz planlarında görmür. Madrid təmsilçisi onların satışını və ya icarəyə göndərilməsini reallaşdırmayana qədər yeni transfer etməyəcək.
Rodriqo ilə bağlı qərar hücum xəttində yüksək rəqabətlə bağlıdır. Alonso onu qeyri-sabit hesab edir. Braziliyalının satışı klubun maaş büdcəsini artıracaq. Bu isə Alonso üçün daha vacib olan yarımmüdafiə və mərkəz hücumçusu mövqelərinə yeni oyunçuların cəlb edilməsinə imkan verəcək.
Sebalyos müqavilənin uzadılmasına baxmayaraq, baş məşqçinin oyun üslubuna uyğun gəlmir. Onun böyük ehtimalla "Real Betis"ə keçəcəyi gözlənilir.
Cinah müdafiəçisi Qarsiya öz çıxışı ilə Alonsonu razı sala bilməyib.
Dias isə türkiyəli Arda Gülər və braziliyalı Endrik kimi gənc ulduzlarla rəqabəti uduzub.
Qeyd edək ki, "Real Madrid" yeni mövsümün ilk matçını avqustun 19-da - İspaniya La Liqasının açılış turunda doğma meydanda "Osasuna"ya qarşı keçirəcək.