
"Qarabağ"dan ayrılan futbolçu Yassin Benzianın yeni klubu müəyyənləşib.
Sportnet.az Afrika mətbuatına istinadən xəbər verir ki, əlcəzairli yarımmüdafiəçi karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
31 yaşlı oyunçu Pro Liqanın debütantı "Əl Həzm" klubu ilə müqavilə imzalayıb. Ər Ras təmsilçisi Benzianın keçidini yaxın müddətdə açıqlayacaq.
Qeyd edək ki, Yassin Benzia "Qarabağ"la başa çatan müqaviləsini yeniləməyib. O, 2023-cü ilin yanvarından Ağdam təmsilçisinin şərəfini qoruyurdu.