
Braziliya millsinin sabiq futbolçusu Rafinya karyerasını başa vurub.
Sportnet.az xəbər verir ki, 40 yaşlı müdafiəçi bu barədə sosial şəbəkə hesabında məlumat yayıb.
Rafinya peşəkar karyerasına 2002-ci ildə Braziliyanın "Koritiba" klubunda başlayıb. O, 2011-2019-cu illərdə şərəfini qoruduğu Almaniyanın "Bavariya" klubu ilə bir sıra titullar qazanmağa nail olub. Rafinya Münhen təmsilçisi ilə 7 dəfə Almaniya Bundesliqasını, 3 dəfə Almaniya Kubokunu və eynisayda Superkubokunu qazanıb. Onun nailiyyətləri arasında UEFA Çempionlar Liqası və UEFA Superkuboku birinciliyi də var.
Qeyd edək ki, Rafinya karyerası ərzində Almaniyada "Şalke", İtaliyada "Cenoa", Yunanıstanda "Olimpiakos", eləcə də vətənində "Flamenqo", "Qremio" və "Sau Paulu" klublarında da çıxış edib. O, Braziliya yığma komandasının heyətində 4 oyunda iştirak edib.