
İtaliyanın "Milan" klubu İngiltərə "Brayton"unun futbolçusu Pervis Estupinyanı transfer edib.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 27 yaşlı müdafiəçi "rossoneri" ilə 5 illik müqavilə bağlayıb.
Estupinyan "Milan" tarixinin ilk ekvadorlu futbolçusudur.
London təmsilçisi bu keçiddən 17 milyon avro gəlir əldə edib.
Qeyd edək ki, Pervis Estupinyan 2022-ci ildən "Brayton"da çıxış edirdi. O, Ekvador millisində iştirak etdiyi 48 oyunda 5 qolla yadda qalıb.