
"Neftçi"nin Syerra Leonedən olan futbolçusu Alfa Konte klubdan ayrılıb.
Sportnet.az paytaxt klubunun rəsmi saytına istinadən xəbər verir ki, 25 yaşlı hücumçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, 2024-cü ilin yanvarında transfer olunmuş Konte “Neftçi”nin heyətində 25 rəsmi oyun keçirib.