
Qadın futbolçular arasında Afrika Millətlər Kubokunun qalibi müəyyənləşib.
Sportnet.az xəbər verir ki, Mərakeşdə təşkil olunan turnirin finalında yerli komanda ilə Nigeriya yığması qarşılaşıb.
Görüş nigeriyalıların 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Qaliblərin qoluna Ester Okoronkvo, Cennifer Eçegini və Folaşade İcamilusi imza atıb.
Mərakeşdən isə Gizlan Şebbak və Sanaa Mssudi fərqlənib.
Qeyd edək ki, Nigeriya komandası 11-ci dəfə Afrika Millətlər Kubokunun qalibi olur. Bu, turnir tarixinin rekordudur.