
Bakı Olimpiya Stadionunda (BOS) ehtiyat meydançaların fəaliyyəti avqustun əvvəllərində bərpa olunacaq.
Bu barədə Sportnet.az-a BOS-un mətbuat katibi Fərid Əsədzadə məlumat verib.
Onun sözlərinə görə, əsas meydança 2026-cı ilin mayında keçiriləcək tədbirdən sonra oyunlar üçün hazır vəziyyətə gətiriləcək.
Daha əvvəl 2026-cı il dünya çempionatının Azərbaycan və Fransa milliləri arasındakı D qrupunun seçmə oyununun BOS-da yox, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcəyi açıqlanıb.
Xatırladaq ki, BOS 11 - 22 noyabr 2024-cü ildə COP-29 tədbirinə ev sahibliyi edib. 2026-cı ildə isə Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası məhz bu stadionda təşkil olunacaq.