
"Sumqayıt" və "Kəpəz" komandaları yoxlama oyununda üz-üzə gəliblər.
Sportnet.az xəbər verir ki, Qəbələ şəhər stadionunda təşkil olunmuş görüş "gənclik şəhəri" təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:1.
"Sumqayıt"ın hər iki qoluna ilk yarıda yeni transfer Rüstəm Əhmədzadə imza atıb. "Kəpəz"dən isə Arzu Atakişiyev fərqlənib.