
İtaliyanın “Komo” və İspaniyanın “Real Betis” komandaları arasında keçirilən yoldaşlıq görüşü zamanı futbolçular arasında dava baş verib.
Sportnet.az xəbər verir ki, insident birinci hissənin sonunda iki futbolçunun bir-birini təhqir etməsi ilə başlayıb.
"Real Betis"in yarımmüdafiəçisi Pablo Fornals "Komo"lu Maksimo Perroneyə sillə vurub. İtaliyalı oyunçu isə buna yumruqla cavab verib.
Nəticədə meydanda hər iki klubun digər futbolçuları, əvəzediciləri və əməkdaşlarının iştirakı ilə əlbəyaxa dava düşüb.
Hakim Fornals və Perroneyə qırmızı vərəqə göstərib, daha sonra oyun bərpa olunub.
Qeyd edək ki, matç Sesk Fabreqasın baş məşqçisi olduğu "Komo"nun 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.