
“France Football” nəşri ilin ən yaxşı qapıçısına verilən “Lev Yaşin” mükafatına namizədləri açıqlayıb.
Sportnet.az xəbər verir ki, siyahının birinci pilləsində İngiltərənin "Liverpul" klubunun qolkiperi Alisson Bekker yer alıb.
Səudiyyə Ərəbistanın "Əl-Hilal" komandasının üzvü Yassin Bonu və Fransa "Lill"inin oyunçusu Lyuka Şevalye isə ilk "üçlük"də qərarlaşıb.
Sentyabrın 22-də Parisdə keçiriləcək “Qızıl top” mərasiminə namizədlərin siyahısı belədir:
1. Alisson Bekker – “Liverpul” (İngiltərə)
2. Yassin Bonu – “Əl-Hilal” (Səudiyyə Ərəbistanı)
3. Lyuka Şevalye – “Lill” (Fransa)
4. Tibo Kurtua – “Real Madrid” (İspaniya)
5. Canluici Donnarumma – PSJ (Fransa)
6. Emiliano Martines – “Aston Villa” (İngiltərə)
7. Yan Oblak – “Atletiko Madrid” (İspaniya)
8. David Raya – “Arsenal” (İngiltərə)
9. Mats Sels – “Nottingem Forest” (İngiltərə)
10. Yann Sommer – “İnter” (İtaliya)
Qeyd edək ki, “Lev Yaşin” mükafatı 2019-cu ildən təqdim olunur. Bu mükafatı indiyədək Alisson Bekker, Canluici Donnarumma, Tibo Kurtua və iki dəfə Emiliano Martines qazanıb.