
İngiltərənin “Nyukasl Yunayted" klubu İtaliya “Milan”ının futbolçusu Malik Tşaunu transfer etməyə çalışır.
Sportnet.az “Sky Sport”a istinadən xəbər verir ki, “sağsağanlar” Milan təmsilçisinə 24 yaşlı mərkəz müdafiəçisi üçün 40 milyon avro dəyərində rəsmi təklif göndərib.
"Milan" daha əvvəl “Nyukasl Yunayted”in 30 milyon avroluq təklifini rədd etmişdi.
Qeyd edək ki, Malik Tşau ötən mövsüm İtaliya A Seriyasında 22 oyunda iştirak edib.