
Türkiyənin "Qalatasaray" klubu Fransa "Monako"sunun futbolçusu Vilfrid Sinqonu transfer etmək istəyir.
Sportnet.az "Habertürk"ə istinadən xəbər verir ki, İstanbul təmsilçisi 25 yaşlı sağ cinah müdafiəçisi üçün ilkin danışıqlara başlayıb.
"Sarı-qırmızılar" "knyazlıq klubu"na Sinqo üçün 25 milyon avroya məcburi transfer şərti ilə bir illik icarə təklifi göndərib.
Sinqonun "Monako" ilə müqavilə müddəti 2028-ci ilin yayında bitir. Onun sözləşməsində sərbəst qalma məbləği 40 milyon avrodur.
Qeyd edək ki, "Monako" Vilfrid Sinqonu 2023-cü ilin yayında İtaliya "Torino"sundan 9 milyon avroya alıb. O, son mövsüm ərzində iştirak etdiyi 35 oyunda 3 qol və 3 məhsuldar ötürmə müəllifi olub.