İngiltərənin "Nyukasl Yunayted" klubu İtaliya "Milan"ının futbolçusu Malik Tşaunu transfer edib.

 

Sportnet.az xəbər verir ki, bu barədə Nyukasl təmsilçisinin rəsmi saytı məlumat yayıb.

 

24 yaşlı müdafiəçi "sağsağanlar"la uzunmüddətli müqavilə imzalayıb.

 

"Transfermarkt"ın məlumatına görə, keçidin dəyəri 35 milyon avrodur.

 

Qeyd edək ki, Malik Tşau 2022-ci ildə Almaniyanın "Şalke" komandasından "Milan"a keçib. O, "rossonerilər"in heyətində meydana çıxdığı 85 oyunda 1 qol və 2 məhsuldar ötürmə müəllifi olub.