
İtaliya "Verona"sının futbolçusu Cekson Çaçua İngiltərə təmsilçisi "Vulverhempton"a keçib.
Sportnet.az Premyer Liqa klubunun rəsmi saytına istinadən xəbər verir ki, 23 yaşlı sağ cinah müdafiəçisi ilə "5+1" illik müqavilə imzalanıb.
Qeyd edək ki, kamerunlu futbolçu 2024/2025 mövsümündə A Seriyasının ən sürətli oyunçusu (36,3 km/saat sürətə çatıb) mükafatını qazanıb. O, 36 matçda 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.