
Lüksemburq millisinin baş məşqçisi Lük Holts istefa verib.
Sportnet.az-ın Lüksemburq Futbol Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, 56 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Təcrübəli baş məşqçi karyerasını Almaniyanın 3-cü liqasında çıxış edən "Valdhof Mannheym" klubunda davam etdirəcək. Onu millidə Ceff Ştrasser əvəzləyəcək.
Xatırladaq ki, Lük Holts 2010-cu ilin avqustundan Lüksemburq millisinin sükanı arxasında idi.