
UEFA Avropa Liqasında pley-off mərhələsinə start verilib.
Sportnet.az xəbər verir ki, 12 oyunun hamısı eyni gündə keçirilib.
"Qarabağ"ın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində mübarizədən kənarlaşdırdığı Şimali Makedoniya “Şkendiya”sı Bolqarıstan “Lüdoqorets”ini qəbul edib. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1.
Türkiyə təmsilçisi "Samsunspor" isə Yunanıstanda "Panatinaikos"a eyni hesabla uduzub.
Turnirin sensasiyasına imza atan Cəbəllütariqin "Linkoln" komandası isə Portuqaliya "Braqa"sına evdə böyük hesabla uduzub.
UEFA Avropa Liqası
Pley-off mərhələsi, ilk oyunlar
21 avqust
20:30. "Midtüllann" (Danimarka) – "KuPS" (Finlandiya) - 4:0
21:00. "Brann" (Norveç) – AEK (Larnaka, Kipr) - 2:1
21:00. "Malmö" (İsveç) – "Siqma Olomouts" (Çexiya) - 3:0
22:00. "Makkabi" (Təl-Əviv, İsrail) – "Dinamo" (Kiyev, Ukrayna) - 3:1
22:00. "Panatinaikos" (Yunanıstan) – "Samsunspor" (Türkiyə) - 2:1
22:00. "Şkendiya" (Şimali Makedoniya) – "Lüdoqorets" (Bolqarıstan) - 2:1
22:00. "Zrinski" (Bosniya) – "Utrext" (Niderland) - 0:2
22:15. "Slovan" (Bratislava, Slovakiya) – "Yanq Boyz" (İsveçrə) - 0:1
22:30. "Lex" (Poznan, Polşa) – "Genk" (Belçika) - 1:5
22:45. "Aberdin" (Şotlandiya) – FKSB (Rumıniya) - 2:2
22:45. "Riyeka" (Xorvatiya) – PAOK (Yunanıstan) - 1:0
23:00. "Linkoln" (Cəbəllütariq) – "Braqa" (Portuqaliya) - 0:4
Qeyd edək ki, cavab görüşləri avqustun 28-də keçiriləcək.