
Avqustun 25-də Qubada 12 yaşlı futbolçular arasında II “Ulduz Cup” beynəlxalq futbol turniri start götürəcək.
Sportnet.az xəbər verir ki, dörd gün davam edəcək turnir Gənclər və İdman Nazirliyi, AFFA və “Ulduz” Futbol Akademiyasının təşkilatçılığı ilə baş tutacaq.
Quba Olimpiya İdman Kompleksinin stadionunda təşkil olunacaq yarışda Azərbaycanı “Ulduz” FA, “Qarabağ” FK, “Sabah” FK və “Neftçi” PFK, Türkiyəni “Trabzonspor məktəb” və “Başakşehir” FK, Gürcüstanı “Dinamo Tiflis”, Özbəkistanı “Paxtakor” FK və “Bunyodkor”, Qırğızıstanı “Sduşorsi”, Qətəri “Aspire Akademiyası”, Qazaxıstanı isə “Şaxtyor” FK təmsil edəcək.