
Türkiyənin "Qalatasaray" klubunun futbolçusu Viktor Nelsson İtaliya A Seriyasında çıxış edən "Verona"ya göndərilib.
Sportnet.az-ın "sarı-qırmızılar"ın rəsmi saytına istinadən məlumatına görə, 26 yaşlı mərkəz müdafiəçisi sonradan birdəfəlik transfer edilə bilməsi şərti ilə bir illik icarəyə verilib.
İcarə üçün 650 min avro və 100 min avro bonus, satış üçün isə 8 milyon avro ödəniləcək.
Qeyd edək ki, daha əvvəl "Qalatasaray" Pşemıslav Frankovski, Alvaro Morata, Derrik Kön, Matias Ross Yensen, Kerem Demirbay, Taylan Antalyalı və Halil Dervişoğlu ilə yollarını ayırıb.