
AFFA-nın baş katibi Cahangir Fərəcullayev müavinlərinin sayını artırıb.
Sportnet.az-ın məlumatına görə, Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov da Fərəcullayevin müavini təyin olunub.
Məmmədov Kamran Vəliyevlə birlikdə bu statusda olacaq.
Onlar "trio" formasında avqustun 22-də "Qarabağ"ı ziyarət ediblər. Klubun baş direktoru, İdarə Heyətinin üzvü Emrah Çelikel, İdarə Heyətinin üzvləri Asif Əsgərov və Rafiq Şahverdiyev qonaqlarla görüşüblər.
Çelikel AFFA rəsmilərinə xatirə hədiyyəsi olaraq komandanın formalarını təqdim edib.