
Türkiyənin "Fənərbağça" komandası sıralarına yeni oyunçu qatıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, meksikalı müdafiəçi Edson Alvares İngiltərə "Vest Hem"indən icarəyə götürülüb.
27 yaşlı oyunçu ilə 1 illik müqavilə bağlanılıb.
Xatırladaq ki, Edson Alvares ötən mövsüm “Vest Hem”in heyətində bütün turnirlərdə 31 oyun keçirib, 1 məhsuldar ötürmə edib.