
İngiltərənin "Mançester Siti" klubu Fransa PSJ-sinin qapıçısı Canluici Donnarummanı transfer etməyə hazırlaşır.
Sportnet.az "Football İtalia" nəşrinə istinadən xəbər verir ki, italiyalı qolkiperlə artıq müqavilənin şərtləri razılaşdırılıb.
PSJ əvvəlcə 26 yaşlı oyunçu üçün 45-50 milyon avro istəyib, lakin klub Donnarummanın bir ildən sonra azad agent kimi gedə biləcəyini nəzərə alaraq qiyməti endirib.
Qeyd edək ki, Canluici Donnarumma 2021-ci ilin yayında azad agent kimi İtaliya "Milan"ından PSJ-yə keçib. Daha əvvəl də onun PSJ-dən ayrılmaq istədiyinə dair xəbərlər yayılmışdı.