
Macarıstanın "Ferentsvaroş" klubu indiyədək avrokuboklarda iki dəfə ev məğlubiyyətinin əvəzini səfər oyununda çıxmağı bacarıb.
Sportnet.az-ın məlumatına görə, ilk belə hal 2022-ci ildə Çempionlar Liqasının II təsnifat mərhələsində Slovakiyanın "Slovan Bratislava" komandasına qarşı görüşlərdə baş verib.
Həmin vaxt evdə 1:2 hesabı ilə uduzan Budapeşt təmsilçisi səfərdə qələbəyə nail olub - 4:1. Son 2 qol 89-cu və 90+5-ci dəqiqələrdə vurulub.
Daha uzaq taridə - 1972-ci ildə isə UEFA Kuboku matçlarında "Ferentsvaroş" Bosniya və Herseqovina "Jelezniçar"ına evdə 1:2 hesabı ilə yenilsə də, səfərdə eyni hesabla qalib gəlib, penaltilər seriyasında qalib olub - 5:4.
Lakin "Ferentsvaroş" avrokuboklarda evdə 2 top fərqi ilə uduzduğu halda, səfər oyununda bu fərqi heç vaxt aradan qaldıra və mərhələ adlaya bilməyib.
Bununla belə, baş məşqçi Robbi Kin "Qarabağ" futbolçularının qələbə sevincindən motivasiya aldıqlarını bildirib. İlk matçda zədələnmiş Bentse Ötvöş isə azarkeşlərdən xahiş edib ki, Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanacaqlarına inansınlar.
Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Ferentsvaroş" matçı saat 20:45-də başlanacaq. İlk görüşdə Azərbaycan komandası səfərdə inamlı qələbə qazanıb - 3:1.