
UEFA Çempionlar Liqasında “Araz-Naxçıvan” bu gün mübarizəyə başlayıb.
Sportnet.az xəbər verir ki, rəqib Şimali İrlandiya çempionu “Sparta Belfast” olub.
Yay transfer dövründə heyətinin böyük hissəini yeniləsən son çempion matça fəal başlayıb.
3-cü dəqiqədə Alleks hesabı açıb. Ardınca Ülvi fərqi artırıb. Daha sonra Bertuola və Teyxeyra fərqlənib. Fasiləyə qədər Karlos dubl edib. İkinci hissənin əvvəlində rəqib fərqi 4-ə endirib. 31-ci dəqiqədə braziliyalı forvard bu dəfə het-trik edərək fərqi yenidən artırıb. 32-ci dəqiqədə Alleks özünün ikinci, komandasının 7-ci qolunu vurub. 34-cü dəqiqədə əvvəlcə sarı vərəqə alaraq diqqət mərkəzinə düşən Ülvü Əliyev ardınca rəqibi topu meydanın mərkəzindən başlamağa məcbur edib. Jean Perruzo da debüt oyununda qol vurmağı bacarıb. Onun cərimə zərbəsi qarşısı alınmaz olub.
"Araz-Naxçıvan" avqustun 28-də eyni məkanda Şotlandiya “PYF Saltires”i ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 19:00-da başlanacaq.
Araz-Naxçıvan – Sparta Belfast (Şimali İrlandiya) - 9:1
27 avqust. Linz. NMS İdman Sarayı
Hakimlər: Qonçalo Felipe Santos Duarte (Portuqaliya), Orest Dutsiak (Ukrayna), Vladimir Sebek (Monteneqro)
Time kepeer: Njeqos Vuçanoviç (Avstriya)
Hakim-inspektor: Talal Daravşi (İsrail)
UEFA nümayəndəsi: Radek Lobo (Çexiya)
Qollar: Alleks Rezende, 2:35, 31:03, Ülvi Əliyev, 3:53, 33:21, Karlos Bertuola, 10:30, 18:34, 30:10, Aleks Teyxeyra, 11:10, Jean Perruzo, 37:04 // Con Gibson, 21:55
Sarı vərəqələr: Ülvi Əliyev, 33:09