
Ukrayna millisinin futbolçusu Vladislav Vanat Ukraynanın "Dinamo Kiyev" klubundan İspaniya "Jirona"sına keçib.
Sportnet.az hər iki klubun rəsmi saytına istinadən xəbər verir ki, 23 yaşlı hücumçu 5 illik müqaviləyə imza atıb.
O, yeni komandasında 19 nömrəli formanı geyinəcək.
"Jirona"nın heyətində Ukrayna millisinin daha bir futbolçusu - hücumameylli yarımmüdafiəçi Viktor Tsıqankov da çıxış edir.
Xatırladaq ki, Ukrayna yığması DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan, Fransa və İslandiya ilə birlikdə D qrupunda yer alıb. Bu komanda sentyabrın 5-də Polşanın Vrotslav şəhərində Fransanı qəbul etdikdən sonra sentyabrın 9-da Bakıda Azərbaycan millisinin qonağı olacaq.