
Azərbaycan millisinin futbolçusu Nigar Mirzəliyevanın çıxış etdiyi Rusiyanın qadınlardan ibarət "Zenit" komandası baş məşqçisiz qalıb.
Sportnet.az xəbər verir ki, klub Olqa Poryadina ilə yollarını ayırıb.
Kollektivə 2020-ci ilin yanvarından rəhbərlik edən Poryadina Rusiya çempionluğu və 2 dəfə Superkubok sevinci yaşayıb.
Qeyd edək ki, Nigar Mirzəliyeva "Zenit"də 2022-ci ildən forma geyinir.