
"Qarabağ"ın futbolçusu Nəriman Axundzadə 3-4 həftə müddətinə sıradan çıxıb.
Klubun mətbuat katibi Anar Hacıyevin Sportnet.az-a verdiyi məlumata görə, 22 yaşlı hücumçu Azərbaycan millisinin heyətində zədələnib.
Tibbi müayinə nəticəsində Axundzadənin baldır əzələsində gərilmə üzə çıxıb. Nəticədə o, yığmanın heyətindən kənarlaşdırılıb.
Hacıyev gənc forvardın "Qarabağ"ın qarşıdakı oyunlarını, o cümlədən, Çempionlar Liqasının ilk turunda Portuqaliya "Benfika"sına qarşı səfər matçını buraxacaq.
Qeyd edək ki, sentyabrın 16-da Lissabon şəhərindəki "Estadio Da Luj"da keçiriləcək oyun Bakı vaxtı ilə saat 00:00-da başlanacaq.